Netanyahudan atəşkəs şərti:
    • 10-07-2024, 22:30
    • 174

Netanyahudan atəşkəs şərti: "Qırmızı xətlərə hörmət edilməlidir"

Qəzzada aparılan atəşkəs danışıqları ilə bağlı İsrailin baş naziri Benyamin Netanyahunun ofisi açıqlama verib.

News24.az xəbər verir ki, Netanyahu çərşənbə günü ABŞ səfirinə İsrailin qırmızı xətlərinə riayət etmək şərti ilə Qəzzada atəşkəs razılaşmasına nail olmaqda qərarlı olduğunu bildirib.

Netanyahunun Qüdsdə ABŞ-ın Yaxın Şərq nümayəndəsi Brett Makqurk ilə görüşdüyü bildirilib.

İsrailin müdafiə naziri Yoav Gallant Makqurka bildirib ki, onlar Qəzza ilə Misir arasında Rəfah sərhədinin açılmasını dəstəkləyirlər, lakin HƏMAS-ın bölgəyə qayıtmasına dözməyəcəklər.

Qeyd edək ki, İsrail Baş Nazirliyinin Mətbuat İdarəsi mümkün razılaşmada tələb etdiyi maddələri əsas şərtlər olaraq açıqlayıb.

İlk tələb “İsrail öz məqsədlərinə çatana qədər Qəzzaya yenidən hücum etmək hüququnu özündə saxlaması” şərti olaraq elan edilib. Həmçinin Misirdən Qəzzəyə "silah qaçaqmalçılığı"nın və minlərlə Həmas üzvünün Qəzzanın şimalına qayıtmasına icazə verilməyəcəyi bildirilib.

Mümkün razılaşmada Qəzzadan buraxılacaq israilli məhbusların sayının maksimuma qədər artırılması da tələb edilib.

Yəni, İsrail “müəyyən edilmiş məqsədlərə” çatana qədər Qəzzada hücumlarını davam etdirəcəyini bildirir və razılaşmanın bunu təmin etməsini istəyir.

Günel Məlikzadə