Təcavüzə məruz qalan yeniyetmənin qisası ağır oldu —TƏFƏRRÜAT
    • 12-07-2024, 22:39
    • 383

Təcavüzə məruz qalan yeniyetmənin qisası ağır oldu —TƏFƏRRÜAT

Bərdə rayonunda 2003-cü il təvəllüdlü Əbülfət həmyerlisi, yetkinlik yaşına çatmayan Əzizə (adlar şərti göstərilib – red.) seksual xarakterli hərəkətlər edib. 

News24.az demokrat.az-a istinadla bildirir ki, Əbülfət 2023-cü ilin aprel ayı ərzində istintaqa dəqiq məlum olmayan tarixlərdə və vaxtlarda ümumilikdə 3 dəfə Əzizlə cinsi əlaqəyə girib. 

Əbülfət ilk dəfə yaşadığı Bərdə rayonunun kəndinin kənarında yerləşən qamışlıq ərazidə, sonrakı tarixlərdə cinayət əməlini davam etdirərək müxtəlif tarixlərdə ardıcıl olaraq 2  dəfə Bərdə rayonu digər kəndinin yaxınlığında yerləşən qamışlıq ərazidə Əzizlə qeyri təbii yolla cinsi əlaqədə olub. 

Hadisəni törədən Əbülfətin barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əbülfət ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, ailə üzvləri ilə birlikdə Bərdə rayonunun kəndində yaşayıb, subaydır, heç bir yerdə işləməyib: “Kənddə yaşayan 2007-ci il təvəllüdlü Əzizi tanımışam. Əziz mənim qohumumdur. Əvvəllər Əziz ilə münasibətlərim daima normal olub, aramızda heç bir düşmənçilik və ya ədavətləri olmayıb”.

Təqsirləndirilən şəxs qeyd edib ki, 2023-cü ilin mart ayının əvvəllərində istifadəsində olan mobil nömrəsinə Əzizin istifadəsində olan mobil nömrəsindən "Whatsapp" sosial şəbəkəsinə ismarıc gəlib: “Mən də Əzizi tanıdığım üçün onunla məzələnmək qərarına gəldim. Qız adı ilə yazışmağa başladım. Bundan sonra həmin nömrə ilə mütəmadi yazışmağa davam etdim. Həmin nömrə ilə bir dəfə qız səsi çıxardaraq zəngli danışdığım üçün Əziz mənə inandı”.

Əbülfətin sözlərinə görə,  2023-cü ilin mart ayının sonlarında Əzizdən ona cinsiyyət orqanının şəklini atmasını istəyib: “Əziz də cinsiyyət orqanının şəklini çəkərək mənə atdı. Mən də Əzizə səsli ismarıc göndərərək Əbülfət olduğumu, qız adı ilə danışaraq məzələndiyimi bildirdim. Həmin vaxt Əziz mənimlə sözlü mübahisə edərək cinsiyyət orqanının şəkilini telefonumdan silməyimi istədi. Mən isə siləcəyimi bildirdim. Əziz mənə şəkilin silinməsinə görə pul təklif etdi. Lakin, mən pul ilə razılaşmadım. Şəkili siləcəyimi bildirdim və onun da yanında şəkili sildim. Bundan sonra Əziz öz istəyi və razılığı ilə mənə cinsi əlaqədə olmağı təklif etdi. İlk öncə razılaşmadım. Lakin, sonra razılaşdım. İlk dəfə 2023-cü ilin aprel ayının əvvəllərində dəqiq tarixini xatırlamadığım vaxtda, saat 19 radələrində kəndimizdə Əzizin əmisi Fuadın yaşadığı evin arxa tərəfində olan su kanalının yaxınlığında qamışlıq kimi yerdə onun istəyi ilə ora getdim. Orada heç kim olmayıb və Əzizin istəyi ilə onunla qeyri-təbii yolla bir dəfə cinsi əlaqədə oldum. Sonrakı vaxtlarda dəqiq vaxtını və tarixini xatırlamadığım zamanda Əzizin istəyi ilə onunla birlikdə Bərdə rayonunun digər kəndi yaxınlığında qamışlıq kimi bir yerə getdik. Orada da Əzizin istəyi ilə onunla bir dəfə qeyri-təbii yolla cinsi əlaqədə oldum”.

Əbülfətin ifadəsinə görə, həmin hadisədən bir neçə gün sonra təxminən 2023-cü ilin aprel ayının ortalarında Əziz onun ilə yenidən telefon əlaqəsi saxlayıb və cinsi əlaqədə olmağını istəyib: “Əziz mənimlə birlikdə Bərdə rayonu kəndi yaxınlığında qamışlıq kimi bir yerə getdik.  Orada da Əzizin istəyi ilə onunla bir dəfə qeyri-təbii yolla cinsi əlaqədə oldum. Həmin vaxt mən baş verən proseslər barədə heç kimə heç nə danışmadığımı bildirdim, hərəkətlərimizi sonlandırmağı istədim. Əzizi sözlə təhqir etdim”. 

Əbülfət qeyd edib ki, sonuncu dəfə saat 17 radələrində Əziz onun ilə "Whatsapp" sosial şəbəkəsində əlaqə saxlayıb və onunla cinsi əlaqədə olmaq istəməsini bildirib: “Mən Əzizə etiraz edərək onu kənd içində biabır edəcəyimi bildirdim. Əzizə üzdəniraq olduğunu dedim. Telefonda sözlə mübahisələrimiz oldu. Əzizi ağır söyüşlərlə təhqir etdim. Əziz mənimlə görüşərək dediyim sözləri üzünə qarşı deməyimi istədi. Əziz məni yaşadığımız Bərdə rayonunun kəndinin kənarında yerləşən örüş-otlaq sahəsində yaşayış olmayan köhnə tikilinin yanına çağırdı. Təxminən saat 18 radələrində Əziz ilə dediyi yerdə görüşdük. Əziz ilə görüşən zaman onu ağır söyüşlərlə təhqir etdim. Əzizə üzdəniraq olmasını bildirdim. Əziz də məni söydü. Mən yenidən Əzizi ağır söyüşlərlə təhqir etdim və arxamı çevirib getdim. Həmin vaxt kürək nahiyəmdə kəskin ağrı hiss etdim. Geriyə çevrilərkən Əzizin əlində qanlı bıçaq olmasını gördüm və onun məni bıçaqla vurmasını anladım. Mən Əzizə yüksək səslə qışqırdım. Bu vaxt Əziz geriyə çevrilib qaçmağa başladı. Əzizin arxasınca bir neçə metr qaçdıqdan sonra taqətdən düşdüm və yerə yıxıldım. Əziz isə dayanmadan qaçaraq uzaqlaşdı. Mən ölməkdən qorxaraq mobil telefonum ilə qohumum Rasimə zəng etdim və hadisə barədə məlumat verdim. Rasimin dərhal yanıma gəlməsini istədim. Bir qədər sonra qohumlarım Rasim və Ülfət yanıma gəldilər. Məni Bərdə Diaqnostika müalicə Mərkəzinə apardılar. Orada mənə tibbi yardım göstərildi”.

Təqsirləndirilən şəxs bildirib ki, Əziz ilə arasında cinsi əlaqəsi olması barədə hər hansı bir şəxsə məlumat verməyib: “Mən Əziz ilə cinsi əlaqədə olan zaman onun 16 yaşının tamam olmamasından məlumatım olub. Əziz  ilə cinsi əlaqədə olarkən zor tədbiq etməmişəm, cinsi əlaqədə olmağı ilk öncə Əziz mənə təklif edib. Mən Əziz ilə razılığı və istəyi ilə cinsi əlaqədə olmuşam”.

İş üzrə zərərçəkmiş Əzizin sözlərinə görə, subaydır, əvvəllər məhkumluğu olmayıb, orta məktəbinin 9-cu sinfində təhsil alıb: “Həmkəndli Əbülfət mənim qohumumdur. Əvvəllər Əbülfət ilə münasibətlərimiz daima normal olub. Aramızda heç bir düşmənçilik və ya ədavətlərimiz olmayıb. Mart ayının əvvəllərində təsadüfən istifadəmdə olan mobil nömrəmin yaddaşına baxarkən bir nömrənin yaddaşda olmasını gördüm. Nömrənin kimə məxsus olmasını öyrənmək üçün "Whatsapp" sosial şəbəkəsində həmin nömrəyə ismarıc yazdım. Həmin nömrədən mənə ismarıc gəldi və bildirildi ki, nömrənin sahibi qızdır. Bundan sonra həmin nömrə ilə mütəmadi yazışmağa başladım. Həmin nömrə ilə bir dəfə zəngli danışdım və nömrə sahibi qız səsi ilə mənimlə danışdı. Bundan sonra mən tam əmin oldum ki, nömrə sahibi qızdır”. 

Zərərçəkmiş qeyd edib ki, mart ayının sonlarında nömrə sahibi qız ondan cinsiyyət orqanının şəklini atmasını istəyib: “Mən də cinsiyyət orqanımın şəklini çəkib atdım. Az sonra həmin nömrədən mənə səsli ismarıc gəldi. Səsli ismarıca qulaq asanda səs sahibinin həmkəndlim Əbülfət olduğunu bildim. Əbülfət lağ edərək neçə vaxtı mənimlə qız adı ilə danışdığını, məzələndiyini dedi. Ayıb bir iş gördüyünə görə ona öz iradımı bildirdim. Bu zaman aramızda sözlü mübahisələrimiz oldu. Mən artıq söz-söhbətin kənd içində yayılmasının qarşısını almaq üçün Əbülfət ilə danışdım. Əbülfətə şəkilin silinməsinə görə pul təklif etdim. Lakin, Əbülfət pul ilə razılaşmadı. Şəkili siləcəyini bildirdi və mənim yanımda şəkili sildi”.

Əzizin ifadəsinə görə, daha sonra o, öz istəyi və razılığı ilə Əbülfətə onunla cinsi əlaqədə olmağı təklif edib: “İlk öncə azılaşmadı. Lakin, sonra Əbülfət razılaşdı. İlk dəfə 2023-cü ilin aprel ayının əvvəllərində dəqiq tarixini xatırlamadığım vaxtda saat 19 radələrində kəndimizdə əmimin yaşadığı evin arxa tərəfində olan su kanalının yaxınlığında qamışlıq kimi yerdə öz istəyim ilə ora getdim. Orada heç kim olmayıb, öz istəyim ilə Əbülfətlə qeyri-təbii yolla bir dəfə cinsi əlaqədə oldum. Sonrakı vaxtlarda dəqiq vaxtını və tarixini xatırlamadığım zamanda öz istəyim ilə Əbülfətlə qonşu kəndi yaxınlığında qamışlıq kimi bir yerə getdik. Orada da öz istəyim ilə Əbülfətlə bir dəfə qeyri-təbii yolla cinsi əlaqədə oldum. Həmin hadisədən bir neçə gün sonra təxminən 2023-cü ilin aprel ayının ortalarında Əbülfət ilə yenidən telefon əlaqəsi saxladım. Əbülfətin mənimlə cinsi əlaqədə olmasını istədim. Əbülfət ilə birlikdə Bərdə rayonunun kəndi yaxınlığında qamışlıq kimi bir yerə getdik. Orada da öz istəyim ilə Əbülfət mənimlə bir dəfə qeyri-təbii yolla cinsi əlaqədə oldu. Əbülfət baş verən proseslər barədə heç kimə heç nə danışmadığını bildirdi və hərəkətlərini sonlandırmasını istədi. Məni sözlə təhqir etdi”. 

Əziz qeyd edib ki, sonuncu dəfə saat 17 radələrində Əbülfət ilə "Whatsapp" sosial şəbəkəsində əlaqə saxlayıb, onunla cinsi əlaqədə olmasını istəyib: “Əbülfət mənə etiraz edərək kənd içində biabır edəcəyini bildirdi, mənə üzdəniraq olduğumu söylədi. Telefonda sözlə mübahisələrimiz oldu. Əbülfət məni ağır söyüşlərlə təhqir etdi. Mən də görüşərək dediyi söyüşləri üzümə qarşı deməsini istədim. Əbülfəti yaşadığımız kəndinin kənarında yerləşən örüş-otlaq sahəsində yaşayış olmayan köhnə tikilinin yanına çağırdım. Evdən mətbəx bıçağını götürərək kəmərimin yanına keçirdim və köynəyim ilə bıçağın üstünü örtdüm. Anam mənə hara getməyimi soruşdu. Ona uşaqlarla görüşəcəyimi bildirdim və qısa zamanda geri qayıdacağımı dedim. Məqsədim sadəcə Əbülfəti qorxutmaq olub. Təxminən saat 18 radələrində Əbülfət ilə dediyi yerdə görüşdüm. Mən deyilən ünvana Əbülfətdən öncə çatdım. Əbülfət ilə görüşən kimi məni ağır söyüşlərlə təhqir etdi, mənim üzdəniraq olduğumu bildirdi. Mən də Əbülfətə söyüş söydüm. Əbülfət yenidən məni ağır söyüşlər söydü və arxasını çevirərək getdi. Mən Əbülfətin söydüyü söyüşlərə görə möhkəm əsəbləşdim və ardınca getdim. Yan tərəfimdə olan mətbəx bıçağını çıxardım və Əbülfəti qorxutmaq məqsədilə bir dəfə kürək nahiyəsinə zərbə vurdum. Zərbədən dərhal sonra bıçağı Əbülfətin kürəyindən çıxardım və əlimdə saxladım. Bu vaxt Əbülfət geri çevrilərək arxamca qaçmağa başladı. Mən Əbülfətdən qorxduğum üçün geriyə çevrildim və qaçmağa başladım. Əbülfət bir neçə metr arxamca qaçdıqdan sonra yerə oturdu. Mən dayanmadım və qaçaraq bıçağı sahənin kənarına atdım. Yolda Elşən adlı həmkəndlimi gördüm. Lakin, ona heç nə demədim. Sonra bərk qorxuduğum üçün dərhal evimizə getdim. Bir müddət sonra atam mənimlə telefon əlaqəsi saxladı və polislərin məni axtarmasını bildirdi. Mən hadisəni atama danışdım. Atamın istəyi ilə gedib bıçağı atdığım yerdən götürdüm və yaşadığım ünvana geri qayıtdım. Bundan sonra atam və polis əməkdaşları yaşadığımız evə gəldilər. Polislərlə birlikdə Bərdə Rayon Polis Şöbəsinə gəldim. Hazırda zərərçəkmiş şəxslə barışmışam. Buna görə ondan heç bir şikayətim yoxdur”.

Bu cinayət işinə Bərdə Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Əbülfət 1 il azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.