17 yaşlı oğlan həmyaşıdını BIÇAQLADI
    • 13-07-2024, 17:10
    • 404

17 yaşlı oğlan həmyaşıdını BIÇAQLADI

Göyçayda bıçaqlanma hadisəsi baş verib.

News24.az APA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində Rayonun Mırtı kəndində 17 yaşlı N.N şəxsi münasibətlər zəminində aralarından yaranmış mübahisə zamanı üzərində gəzdirdiyi bıçaqla həmyaşıdı H.H-ya xəsarət yetirib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, əməli törədən şəxs saxlanılaraq izahatı alınıb, xəsarətlə bağlı məhkəmə-tibbi ekspertiza təyin olunub.

Faktla bağlı rayon polis şöbəsində araşdırmalar davam etdirilir.