“Napoli”dən 35 milyonluq transfer
    • 13-07-2024, 20:04
    • 269

“Napoli”dən 35 milyonluq transfer

“Napoli” heyətinə yeni futbolçu qatıb.

News24.az İdman.biz-ə istinadən xəbər verir ki, Neapol təmsilçisi Alessandro Buonjornonu transfer edib.

İtaliya millisinin 25 yaşlı mərkəz müdafiəçisi “Torino”dan keçib. Onun transferi üçün 35+5 milyon avro ödənilib.

Qeyd edək ki, müdafiəçi A seriyasının ötən mövsümündə 29 matçda 3 qol vurub.