Ayda tunellər tapıldı
    • 17-07-2024, 19:00
    • 177

Ayda tunellər tapıldı

Günəş şüaları düşəndə Ayda temperatur +127°-yə qədər qalxa, düşməyəndə isə -173°-yə qədər enə bilər.

News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, "Nature Astronomy" jurnalında dərc olunmuş məqaləyə görə, Rusiya, Çin və ABŞ-nin Ayda yaşayış bazaları tikmək planları var. Bunun üçün Ayda tunel qazmaq tələb olunur. Ancaq alimlər bu yaxınlarda kəşf ediblər ki, Ayda artıq tunellər var.

ABŞ-nin "Lunar Reconnaissance Orbiter" kosmik aparatı Ayın görünən tərəfində tədqiqat apararkən orada çoxlu çuxur aşkarlayıb və orda temperaturun +17° səviyyəsində qaldığını müəyyən edib. Çuxurların dərinliyində temperatur daha sabitdir.

Alimlər güman ediblər ki, bu çuxurların bəzisi çökmüş lava borusudur.

Tunellərin uzunluğu 30-80 metr, eni isə təxminən 45 metrdir.

Ayın səthində təxminən 200 çuxur məlumdur. Bu çuxurlar gələcəkdə Ay işğalçıları üçün təhlükəsiz daldalanacaq rolunu oynaya bilər.