Meşə yanğınları davam edir: Ölənlər var
    • 18-07-2024, 16:14
    • 163

Meşə yanğınları davam edir: Ölənlər var

İtaliyanın cənubundakı Matera şəhəri yaxınlığındakı kolluq ərazidə yanğın baş verib. Yanğını söndürmək üçün müdaxilə edən qruplardan 2 yanğınsöndürən həyatını itirib.

News24.az xəbər verir ki, Nova Siri şəhərinin meri Antonello Mele mətbuata verdiyi açıqlamada, "Evi təhlükədə və çətin vəziyyətdə olan bir ailəni xilas etməyə çalışırdılar, ancaq uçurumdan yıxılaraq alovlar içində qaldılar" dedi. 

Prezident Sergio Mattarella, Senat sədri İqnazio La Russa və baş nazir Giorgia Meloni də daxil olmaqla bir çox İtaliyanın nüfuzlu şəxsləri həyatını itirən yanğınsöndürənlər üçün başsağlığı verib.

Son zamanlar Afrikadan qaynaqlanan istilərin sıx təsir göstərdiyi ölkədə paytaxt Roma ətrafı da daxil olmaqla müəyyən nöqtələrdə baş verən meşə yanğınlarının söndürülməsi üçün hava və quru müdaxiləsi aparılır.

Ölkədə ötən həftədən bəri davam edən həddindən artıq istilərin təsiri nəticəsində 4 nəfər ölüb.

Günel Məlikzadə