Əfsanəvi müğənnidən telefon qadağası
    • Dünən, 21:50
    • 52

Əfsanəvi müğənnidən telefon qadağası

Musiqinin canlı əfsanələrindən olan Bob Dilan Avropa turnesi çərçivəsində konsert verməyə hazırlaşır.

News24.az xəbər verir ki, 83 yaşlı əfsanəvi müğənni konsertlərinə telefonların gətirilməsinə qadağa qoyub.

Nümayişlər zamanı telefonlar mövcud olmayacaq və insanlardan telefonlarını təhlükəsiz seyfdə yerləşdirmələri tələb olunacaq. Konsert bitənə qədər telefonlar sahiblərinə qaytarılmayacaq. Müğənninin bu qərarı bəzi dairələrin reaksiyasına səbəb olub. Müğənni London, Edinburq, Nottingem və Volverhempton kimi şəhərlərdə konsert verəcək.

Qeyd edək ki, Dylan bütün zamanların ən çox bəyənilən mahnı müəlliflərindən biri hesab olunur. Müğənni 10 Qremmi mükafatı qazanıb və 38 dəfə Qremmi mükafatına namizəd olub.

Günel Məlikzadə