Qızmar isti: Havanın temperaturu 40 dərəcəni keçdi
    • Dünən, 22:10
    • 72

Qızmar isti: Havanın temperaturu 40 dərəcəni keçdi

İsti dalğası bütün Avropaya təsir etməkdə davam edir. Bəzi ərazilərdə havanın temperaturu 40 dərəcəni keçib. 

News24.az xəbər verir ki, bir çox ölkədə istilər səbəbindən meşə yanğınları baş verib.

Cənub-Şərqi Avropada yerləşən Rumıniyada havanın temperaturu 40 dərəcəni keçib. Rumıniya Milli Meteorologiya Agentliyi ölkə daxilində qırmızı kodlu xəbərdarlıq edib. O, temperaturun 42 dərəcəyə qədər yüksələ biləcəyini bildirib.

Mərkəzi və Şərqi Avropa da isti dalğaların təsiri altındadır. Polşada termometrlər 32 dərəcədən yuxarı qalxıb.

Kosovoda temperatur 36 dərəcədən yuxarı ölçülüb. Şimali Makedoniya, Bolqarıstan, Albaniya, Krım və qonşu Bolqarıstan həddindən artıq istilər və meşə yanğınları ilə mübarizə aparır.

Ukraynada milyonlarla insan Rusiyanın enerji infrastrukturuna hücumları səbəbindən elektrik enerjisinin kəsilməsi ilə yaşamalı olur.

Bu, havanın temperaturunun 34,5 dərəcəyə çatdığı paytaxt Kiyev üçün rekord göstəricidir. Bununla belə, ukraynalılar isti havadan əziyyət çəkir və elektrik enerjisinin kəsilməsi səbəbindən kondisionerdən istifadə edə bilmirlər.

Günel Məlikzadə