Ərdoğan ŞKTR-a gedib - SƏBƏB
    • Bu gün, 09:39
    • 117

Ərdoğan ŞKTR-a gedib - SƏBƏB

Şimali Kipr Türk Cümhuriyyətində hazırlıqlar tamamlanıb. Sülh Əməliyyatının 50-ci ildönümündə adada bir çox tədbirlər keçiriləcək. Lefkoşada geniş miqyaslı mərasimlər və tədbirlər keçiriləcək.

News24.az TRT-yə istinadən xəbər verir ki, rəsmi mərasimlərdə prezident Ərdoğanla yanaşı, MHP sədri Dövlət Baxçalı və CHP sədri Özgür Özəl də iştirak edəcək.

Sülh əməliyyatının 50-ci ildönümü münasibətilə bütün Kiprin hər yerində prezident Rəcəb Tayyib Ərdoğanın fotoşəkili olan reklam lövhələri istifadəyə verilib. Türk bayrağı ilə Kipr bayrağının yan-yana qoyulduğu reklam lövhəsində “Vətən Türkiyə Kipr türklərinin varlığının və firavanlığının daimi təminatıdır” ifadəsi yer alıb.

ŞKTR-da keçiriləcək mərasimdə Türkiyənin ilk təyyarədaşıyan gəmisi TCG Anadolu da iştirak edəcək. Paradı TCG Anadolu da daxil olmaqla 50 gəmi həyata keçirəcək.

Qeyd edək ki, Şərqi Aralıq dənizindəki nümayişlərdə döyüş təyyarələri də iştirak edəcək. F-16 döyüş təyyarələrinin iştirakı ilə KKTC üzərindən reaktiv keçid həyata keçiriləcək. Türk Ulduzları və SOLOTÜRK komandalarının da çıxışı planlaşdırılır. 50 illik yubileyi şərəfinə adada 50 top atəşi açılacaq.

Günel Məlikzadə