Ermənistanın dövlət borcu ilə bağlı HİDDƏTLİ AÇIQLAMA
    • 22-07-2024, 20:00
    • 227

Ermənistanın dövlət borcu ilə bağlı HİDDƏTLİ AÇIQLAMA

“Ermənistanın dövlət borcu 12 milyard dolları keçib”.

News24.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə “Ermənistan” müxalifət blokundan olan deputat Artur Xaçatryan öz feysbuk səhifəsində yazıb.

“Əziz həmvətənlər, hökumətin yorulmaz və milli xilaskar fəaliyyəti nəticəsində iyunun 1-nə Ermənistan Respublikasının dövlət borcu 12 milyard dollar həddini keçib. Bu rəqəmi əhaliyə bölməyə çalışsanız, hər birimizin dövlət borcunda payımız 4 min dollardan çox olacaq. Növbəti dəfə onlar sizi uçan asfaltla heyran etməyə çalışanda bu rəqəmləri xatırlayın”, - deyə Xaçatryan qeyd edib.