Dünya mətbuatında Baydenin "gedişi"
    • 22-07-2024, 22:20
    • 182

Dünya mətbuatında Baydenin "gedişi"

Amerikanın TIME jurnalı Co Bayden və Donald Tramp arasında canlı yayım debatının ardınca əvvəlki sayında təəccüblü üz qabığı dərc edib.

News24.az xəbər verir ki,v qapaqda Baydenin cərgədən kənara çıxdığı fotoşəkili ilə "Panik" başlığı istifadə edilib.

TIME-ın yeni sayında Bayden prezidentlik yarışından çəkilmək qərarını elan etdikdən sonra üz qabığından çıxmış kimi görünür.

Yeni namizəd olmağa dəstəklənən Baydenin müavini Kamala Harris sıraya daxil olur.

Qeyd edək ki, ABŞ-ın "New York Times" (NYT) qəzetinin redaksiyası tərəfindən hazırlanan təhlildə "Bayden cəsarətli seçim etdi. Demokratlar bu fürsətdən istifadə etməlidir" başlığı ilə yer alıb.

Məqalə “Prezident Baydenin 2024-cü il prezident seçkilərindən geri çəkilmək qərarı ömrünü dövlət qulluğuna həsr etmiş bir insan üçün münasib sondur” cümləsi ilə başlayıb.

Baydenin prezident kimi xalqa yaxşı xidmət etdiyini bildirən qəzet, “Yanvarda səlahiyyət müddəti bitdikdə istefa verməyə razılaşaraq, partiyasının Donald Trampın prezidentliyə qayıtması təhlükəsindən milləti qorumaq şansını xeyli artırır” deyib.

Günel Məlikzadə