Qocalar evinə hücum: Ölənlər var
    • 22-07-2024, 22:40
    • 272

Qocalar evinə hücum: Ölənlər var

Xorvatiyanın Daruvar şəhərində silahlı şəxs qocalar evinə hücum edib.

News24.az xəbər verir ki, Xorvatiyanın Baş naziri Andrey Plenkoviç “Daruvardakı Qocalar Evində 5 nəfərin öldürülməsindən dəhşətə gəldik. Həyatını itirənlərin ailələrinə başsağlığı verir, yaralılara şəfa diləyirik. Mən hakimiyyətin bu dəhşətli cinayətin bütün şərtlərini müəyyənləşdirməsini gözləyirəm” deyib.

Xorvatiya polisi bildirib ki, “Bu gün, iyulun 22-də səhər saat 10:10-da Bjelovar-Biloqor polis şöbəsinə bir nəfərin qocalar və əlillər evində odlu silahdan istifadə edərək bir neçə nəfəri öldürüb və yaralaması barədə məlumat daxil olub. Cinayəti törədən şəxs polis nəzarətindədir. Hadisə yerində araşdırma aparılacaq və araşdırmanı Bjelovar şəhər prokurorunun müavini edəcək”.

Günel Məlikzadə