Borna Barişiç heyətdən çıxarıldı
    • Bu gün, 12:35
    • 42

Borna Barişiç heyətdən çıxarıldı

"Trabzonspor" Borna Barişiçin zədəsi səbəbindən UEFA Avropa Liqasının 2-ci İlkin mərhələsində oynanılacaq "Ruzomberok" matçı üçün heyətdən çıxarıldığını açıqlayıb.

News24.az xəbər verir ki, Trabzonspor Sağlamlıq İdarə heyəti Başçısı Dos. Dr. Əhməd Beşir futbolçu Borna Barışiçin sağlamlıq durumu ilə bağlı açıqlama verib. 

Beşir, "Futbol A Komandamızın dünənki məşqi zamanı üst ön əzələ qrupuna (Quadriceps) aldığı zərbədən sonra ağrı hiss edən oyunçumuz Borna Barişiç yoxlamalardan sonra ehtiyat məqsədilə Ruzomberok matçının heyətindən uzaqlaşdırıldı" deyib.

Günel Məlikzadə