“Trabzonspor” 5 transferi birdən açıqladı
    • 24-06-2024, 13:11
    • 225

“Trabzonspor” 5 transferi birdən açıqladı

"Trabzonspor" 5 yeni futbolçu ilə anlaşıb. 

News24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Ozan Tufan, Denis Draqus, Con Lundstram, Borna Barişiç ve Entoni Nvakaemenin transferi açıqlanıb. Bütün futbolçular azad agent kimi Trabzon təmsilçisinə keçir.  Həkim tap

Nigeriyalı hücumçu Entoni Nvakaeme 2018-2022-ci illərdə də "Trabzonspor"da çıxış edib və 120 oyuna 41 qol vurub. İngiltərəli yarımmüdafiəçi Con Lundstram "Everton", "Şeffild Yunayted" və "Reyncers" kimi klublarda oynayıb. Rumıniya millisinin üzvü, hücumçu Draqusun son klubu "Qaziantep" olub. Xorvatiyalı müdafiəçi Borna Barişiç Zaqreb "Dinamo"su, "Osiyek" və "Reyncers"də də çıxış edib. //yenisabah.az