İsmayıllıda yaşayış evinin damına ildırım düşdü, ev yandı
    • 25-07-2024, 10:26
    • 156

İsmayıllıda yaşayış evinin damına ildırım düşdü, ev yandı

İsmayıllıda yanğın hadisəsi baş verib.

News24.az APA-ya istinadən bildirir ki, hadisə rayonun Salbuzov küçəsində qeydə alınıb.

Rayon sakini Bəxtiyar İsmayıl oğlu İsmayılova məxsus evin dam örtüyü ildırım vurması nəticəsində yanıb.

Ümumi sahəsi 70 kv/m olan evin dam örtüyünün 50 kv/m hissəsi yanıb.

Əraziyə İsmayıllı Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb olunublar.

Digər tikililər yanğından mühafizə olunub.