Gəncədə 49 yaşlı kişi bıçaqlandı
    • Bu gün, 08:14
    • 51

Gəncədə 49 yaşlı kişi bıçaqlandı


Gəncədə bıçaqlanma hadisəsi qeydə alınıb.

News24.az Lent.az-a istinadla xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb.

Belə ki, 1975-ci il təvəllüdlü E. Seyidov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib və dərhal əməliyyat olunub.

Zərərçəkənin vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə 49 yaşlı kişi tanıdığı şəxs tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.