Ağ Ev qarşısında Netanyahuya etiraz aksiyası KEÇİRİLDİ
    • Bu gün, 10:04
    • 55

Ağ Ev qarşısında Netanyahuya etiraz aksiyası KEÇİRİLDİ

ABŞ prezidenti Bayden İsrailin baş naziri Netanyahunu Ağ Evdə qəbul edərkən, Ağ Ev qarşısındakı bir çox nümayişçi iki ölkənin Qəzza siyasətinə reaksiya verib.

News24.az xəbər verir ki, polisin geniş təhlükəsizlik tədbirləri gördüyü Ağ Evin ətrafındakı bir çox yol bağlanarkən, Ağ Evin düz qarşısındakı və tez-tez nümayişlərə icazə verilən Lafayette Parkı da bu gün polis tərəfindən bağlanıb.

Yüzlərlə nümayişçi Lafayette Parkının qarşısındakı əraziyə toplaşaraq Netanyahu və Bayden əleyhinə şüarlar səsləndirib və Qəzzada dərhal atəşkəs olmasını istəyiblər.

Əllərində tutduqları pankartlarla Netanyahunu "soyqırımcı" adlandıran nümayişçilər, "İsrailin Qəzzada soyqırımını dayandırın" yazılı böyük pankart açıblar.

“Netanyahu müharibə cinayətkarıdır” yazılmış plakatlar daşıyan bəzi yəhudi qruplarının da iştirak etdiyi nümayiş, Bayden və Netanyahunun Ağ Evdəki görüşü zamanı da davam edib.

Məryəm İlhamqızı