Yunanıstan F-35 qırıcı təyyarəsi aldı
    • Bu gün, 15:06
    • 62

Yunanıstan F-35 qırıcı təyyarəsi aldı

Son 4 ildə silahlanmaya on milyardlarla dollar ayıran Yunanıstan 2028-ci ildən 8,6 milyard dollarlıq yeni müqavilənin ilk paketini almağa başlayacaq.

News24.az xəbər verir ki, Yunanıstan ilk mərhələdə 20 reaktiv təyyarənin alınması üçün müqavilə imzalayaraq ABŞ-a göndərib və bu da iki ildir danışılan F-35 döyüş təyyarələri üçün rəsmi addım olub. 

Müdafiə naziri Nikos Dendias "F-35-lərlə bağlı qəbul məktubu imzalanaraq ABŞ-a göndərildi. Bu alışın bölgəmizdə güclü bir çəkindirici təsiri olacaq", - deyə vurğulayıb.

ABŞ-ın aparıcı silah və texnologiya şirkəti Lockheed Martin tərəfindən istehsal edilən beşinci nəsil F-35 qırıcılarının 2028-ci ildən etibarən Yunanıstana təhvil verilməsi planlaşdırılır.

Qeyd edək ki, müqavilənin imzalandığı ilk 20 təyyarədən ibarət paket Afinaya 3,5 milyard dollara başa gələcək.

Məryəm İlhamqızı