ABŞ-dən YENİ SANKSİYALAR
    • Bu gün, 11:13
    • 74

ABŞ-dən YENİ SANKSİYALAR

Venesuelada keçirilən prezident seçkilərinin nəticələri ABŞ-nin öyrəndiyi müstəqil məlumatlarla ziddiyyət təşkil edir və buna görə də Vaşinqton Latın Amerikası ölkəsinə qarşı sanksiyaları ləğv etməyəcək və yeni sanksiyalar tətbiq edə bilər. 

News24.az xəbər verir ki, "Reuters" və "Bloomberg" bu barədə Amerika prezidenti Co Bayden administrasiyasının yüksək vəzifəli rəsmilərinə istinadən yazıb.

Qeyd edək ki, ötən gün Venesuela prezidentliyinə namizəd Nikolas Maduronun qərargahı onun qələbəsini elan edib. Müxalifət siyasətçinin qələbəsini tanımayıb və Edmundo Qonzalesi qalib elan edib. Müxalifət lideri Mariya Korina Maçado ordu qarşısında çıxış edərək Maduronun devrilməsinə çağırıb.

"Reuters" həmçinin qeyd edir ki, Vaşinqton Maduroya təfərrüatlı səslər cədvəlini açıqlamaq üçün təzyiqi artıracaq, əks halda beynəlxalq ictimaiyyət elan edilmiş nəticələri qəbul etməyəcək.


Məryəm İlhamqızı