Terror təşkilatına qoşulmaq istədi, amma...
    • Bu gün, 15:21
    • 63

Terror təşkilatına qoşulmaq istədi, amma...

Türkiyədə Muğlanın Menteşe rayonundakı avtovağzala gələn qadın təhlükəsizlik işçisinə qadın sığınacağında qalmaq istədiyini deyib. Zabit onu avtovağzalda polisə yönləndirib.

News24.az xəbər verir ki, 19 yaşlı qadın telefondan istifadə edərkən polislər terror təşkilatının fotolarını görüblər.

Muğla Polis İdarəsi ilə əlaqə saxladıqdan sonra avtovağzala terrorla mübarizə qrupları sövq edilib.

Onun qurumun üzvü olduğu müəyyən edilib

Tələbə olduğu müəyyən edilən qadın prokurorluğun göstərişi ilə “terror təşkilatına üzv olmaq” ittihamı ilə saxlanılıb. Telefonu isə müayinə üçün götürülüb.

İddialara görə, qadın ifadəsində təşkilata üzv olmaq üçün Vana getməyə çalışdığını bildirib.

Faktla bağlı araşdırmalar davam edir.

Məryəm İlhamqızı