ABŞ İraqdakı silahlı qruplaşmalara hava zərbələri endirdi
    • Bu gün, 13:00
    • 83

ABŞ İraqdakı silahlı qruplaşmalara hava zərbələri endirdi

ABŞ ordusunun İraqın Babil vilayətində silahlı qruplaşmalara qarşı hava hücumu həyata keçirdiyi bildirilib.

News24.az xəbər verir ki, ABŞ müdafiə rəsmisi, sözügedən hücumla bağlı Anadolu agentliyinə verdiyi açıqlamada, ABŞ qüvvələrinin Babil vilayətinin Müseyyib bölgəsində pilotsuz uçuş aparatları ilə hücuma cəhd edən döyüşçüləri hədəf aldığını bildirib.

"ABŞ Mərkəzi Komandanlığı sözügedən pilotsuz uçuş aparatlarını Birləşmiş Ştatlar və Koalisiya Qüvvələri üçün təhdid kimi qiymətləndirib. Bu hərəkət ABŞ-nin şəxsi heyətinin təhlükəsizliyi və təhlükəsizliyinə sadiqliyini vurğulayır", - deyə qeyd edib.

İraq mətbuatında dərc olunan xəbərlərdə isə şiə milis qüvvələrinin Həşdi Şaabi qərargahına havadan hücum edildiyi, bölgədə ölən və yaralananların olduğu iddia edilib.


Məryəm İlhamqızı