Paris-2024-ün qızıl medalının dəyəri AÇIQLANDI
    • Bu gün, 13:01
    • 184

Paris-2024-ün qızıl medalının dəyəri AÇIQLANDI

Parisdə təşkil olunan 2024-cü il Yay Olimpiya Oyunlarında qalib idmançılara veriləcək qızıl medalın dəyəri açıqlanıb.

News24.az Sfera.az-a istinadla xəbər verir ki, “Forbes”in məlumatına görə, qızıl medalın dəyəri təxminən 950 dollardır (təxminən 1650 AZN).

Qeyd edək ki, 2012-ci ildə Londonda təşkil olunan Olimpiadada isə idmançılara 708 dollar dəyərində qızıl medal verilib.