"Qalatasaray"dan 8 nömrəli üçün rekord büdcə
    • Dünən, 14:47
    • 121

"Qalatasaray"dan 8 nömrəli üçün rekord büdcə

Nəhayət, “Qalatasaray” sağ cinah müdafiəçisi Elias Jelerti heyətinə qatıb və bütün gözlər yarımmüdafiədə ediləcək gücləndirmələrə yönəlib.

News24.az xəbər verir ki, “Zenit”də çıxış edən Vendelə və “Mançester Yunayted”də çıxış edən MakTominaya israrla davam edən sarı-qırmızılıların 8 nömrəli transfer üçün ayırdığı büdcə bəlli olub.

"Qalatasaray"ın yarımmüdafiəçi transferi üçün 20 milyon avroluq rekord büdcə ayırdığı iddia edilib.

Qeyd edək ki, "Qalatasaray"da maaş tavanı 10 milyon avro olaraq müəyyən edilib.

Günel Məlikzadə