YouTube-a giriş məhdudlaşdırıldı
    • 1-08-2024, 14:38
    • 336

YouTube-a giriş məhdudlaşdırıldı

Downdetector məlumatlarına görə, Rusiyadakı istifadəçilər bu gün səhər saatlarından etibarən YouTube-a daxil olmaqda problem yaşadıqlarını bildirməyə başlayıblar.

News24.az xəbər verir ki, bəzi istifadəçilər mobil telefonlarından YouTube-a girişin yavaşladığını və saytdakı videoların kompüter kimi digər cihazlardan artıq yüklənmədiyini bildirirlər.

Kremlin sözçüsü Dmitri Peskov məsələ ilə bağlı açıqlamasında "Heç nə deyə bilmərəm. Telefon normal işləyir, hər şey yüklənib" deyib. 

Qeyd edək ki, Rusiya parlamentinin aşağı palatası olan Dumanın İnformasiya Siyasəti Komitəsinin sədri Aleksandr Hinstein iyulun 26-da verdiyi açıqlamada Rusiyaya münasibətinə görə YouTube-un sürətinin 70 faiz azalacağını bildirib.

Günel Məlikzadə