Ermənistandan “Marqara” açıqlaması: Çoxdan hazırdır
    • Bu gün, 17:00
    • 56

Ermənistandan “Marqara” açıqlaması: Çoxdan hazırdır

“Marqara” keçid məntəqəsi artıq çoxdandır ki, üçüncü ölkə vətəndaşlarına və diplomatik pasportu olan şəxslərə xidmət göstərməyə hazırdır.

News24.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Dövlət Gəlirləri Komitəsinin sədri Rüstəm Badasyan bu gün, avqustun 1-də hökumətin iclasından sonra jurnalistlərlə söhbətində bildirib.

Nəzarət-buraxılış məntəqəsinin nə vaxt işə başlayacağı ilə bağlı suala isə Badasyan qeyd edib ki, bunun üçün siyasi qərar lazımdır. “Gömrük məntəqəsi bu və ya digər şəkildə tikilməli idi və tikildi. İlkin razılıq var idi, biz onun çərçivəsində işlədik, keçidi hazır vəziyyətə gətirdik, siyasi qərar olanda isə vətəndaşlara (bu kateqoriyalardan olan) xidmətə başlamağa hazırıq”.

Türkiyə tərəfində gömrükdə aparılan işlərə gəlincə, Badasyan qeyd edib ki, onun bu barədə məlumatı yoxdur.