Ermənistan Mehridə yeni gömrük məntəqəsi TİKƏCƏK
    • 31-10-2023, 14:42
    • 117

Ermənistan Mehridə yeni gömrük məntəqəsi TİKƏCƏK

"Mehridəki gömrük məntəqəsi sıfırdan tikiləcək".

News24.az “Report”a istinadən xəbər verir ki, bunu Dövlət Gəlirləri Komitəsinin rəhbəri Rüstəm Badasyan bildirib.

“Sıfırdan bütün beynəlxalq standartlara cavab verən yeni məntəqə tikiləcək. Eyni zamanda, gömrük nəzarətinin sürətləndirilməsinə və səmərəliliyinin artırılmasına yönəlmiş islahatlar həyata keçirilməlidir”, - o vurğulayıb.

Daha əvvəl qeyd edilib ki, Mehridə yerləşən gömrükdə yenidənqurma və modernləşdirmə işlərinə artıq başlanılıb. Modernləşmə prosesi 2026-cı ilə qədər davam edəcək.