Paris 2024 Olimpiya Oyunları: Çin liderliyini qorudu
    • Bu gün, 10:42
    • 129

Paris 2024 Olimpiya Oyunları: Çin liderliyini qorudu

Parisdə keçirilən oyunların altıncı günündə 2 qızıl və 3 bürünc medal qazanan Çin birinci pillədəki yerini qoruyub.

News24.az xəbər verir ki, günün ən böyük sıçrayışını edən ölkə ABŞ olub. Dünən 5 qızıl, 13 gümüş və 12 bürünc medalla yeddinci yerdə olan ABŞ bu gün qazandığı 4 qızıl, 2 gümüş və 1 bürünc medalla ölkə reytinqində ikinci yerə yüksəlib.

ABŞ ən çox medal qazanan ölkə mövqeyini qoruyaraq, ümumi medal sayını 37-yə çatdırıb.

Eyni zamanda ev sahibi Fransa günü 1 gümüş medalla başa vurub. 8 qızıl, 11 gümüş və 8 bürünc medal qazanan Fransa üçüncü yerdədir.

Üzgüçülük növündə qazandığı 18 medaldan 11-ni qazanan Avstraliya 8 qızıl, 6 gümüş və 4 bürünclə dördüncü yerdədir.

Qeyd edək ki, oyunların dördüncü gününü lider kimi tamamlayan Yaponiya 2 gündə 4 pillə geriləyərək beşinci pillədə qərarlaşıb.


Günel Məlikzadə