Ankarada girov mübadiləsi: Putin qayıdanları hava limanında qarşıladı
    • Bu gün, 10:28
    • 107

Ankarada girov mübadiləsi: Putin qayıdanları hava limanında qarşıladı

Ankarada tarixin ən böyük girov mübadiləsindən sonra 23 nəfər Almaniya və Rusiyaya qayıdıb.

News24.az xəbər verir ki, Putin paytaxt Moskvanın Vnukovo hava limanına gələrək mübadilə yolu ilə Rusiyaya qaytarılan şəxslərin təyyarədən düşməsini gözləyib. Putin təyyarədən düşənlərin əlini bir-bir sıxıb, daha sonra dəyişdirilən şəxslərlə qırmızı xalça üzərindən aeroport binasına daxil olub və orada çıxış edib.

Rusiyaya verdikləri anda sadiq qaldıqlarına görə təşəkkür edən Putin onlara dövlət medalı veriləcəyini bildirib.

Qeyd edək ki, Putini burada Rusiyanın müdafiə naziri Andrey Belousov, Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov və Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SRV) rəhbəri Sergey Narışkin müşayiət edib. Qarşılamada rus qvardiya alayı da iştirak edib.

Eyni zamanda, MİT ABŞ, Almaniya, Polşa, Sloveniya, Norveç, Rusiya və Belarus həbsxanalarında 26 nəfərin qarşılıqlı mübadiləsini əhatə edən son dövrün ən əhatəli mübadilə əməliyyatını həyata keçirib.

Günel Məlikzadə