Bugünkü qəzada ölən 18 yaşlı qız imiş…
    • Bu gün, 15:20
    • 111

Bugünkü qəzada ölən 18 yaşlı qız imiş…

Bakı-Quba yolunda ağır yol-nəqliyyat hadisəsi zamanı ölən şəxsin kimliyi açıqlanıb.

News24.az globalinfo.az-a istinadla xəbər verir ki, hadisə zamanı ölən şəxs 2006-cı il təvəlüdlü Ağayeva Məryəm Maqsud qızıdır.

Xatırladaq ki, bu gün Bakı-Quba yolunun 29-cu kilometrliyində, Ceyranbatan ərazisindən keçən hissədə “NEOPLAN” və “İSUZU” markalı 2 sərnişin avtobusu toqquşub.