Qubadakı qəzada ölən şəxslərin - Fotosu
    • 22-10-2023, 19:34
    • 347

Qubadakı qəzada ölən şəxslərin - Fotosu

Xəbər verdiyimiz kimi, Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə nəticəsində Fərhad Talıbov eləcə də, Sübhan Salmanov və İlkin Rzayev aldıqları bədən xəsarətlərindən hadisə yerində ölüblər.

News24.az “Qafqazinfo”ya istinadən ölən şəxslərin fotolarını təqdim edir:

Qeyd edək ki,  bu gün saat 15:00 radələrində Quba-Xınalıq yolunun 3-cü kilometrliyində Quba rayon sakini Fərhad Talıbovun idarə etdiyi "VAZ-2107" və Bakı şəhər sakini Nigar Məmmədovanın idarə etdiyi “İnfiniti” markalı nəqliyyat vasitələri toqquşub.  Nəticədə 3 nəfər vəfat edib, iki nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.