-
- 26-07-2024, 14:40
- 422
Paris 2024-də oynamaq üçün barmağını kəsdirdi
Avstraliyalı xokkeyçi Paris Olimpiadasında iştirak edə bilmək üçün barmağının bir hissəsini amputasiya etməyi seçib.
News24.az xəbər verir ki, Matt Dawson iki həftə əvvəl Pertdə komanda məşqi zamanı sağ əlindəki barmağını sındırıb və bu barmağın bərpası üçün əməliyyatın sağalması aylar çəkəcəkmiş.
Dawson, sınığın o qədər pis olduğunu söyləyib ki, paltardəyişmə otağında barmağını görəndə huşunu itirib.
Olimpiya xəyallarının bitdiyinə əmin olan Dawson təcili olaraq plastik cərrahla məsləhətləşib və o, barmağını bərpa etmək üçün əməliyyat olsa belə, tam funksiyasını bərpa edə bilməyəcəyi barədə xəbərdarlıq edib.
Bu səbəbdən 30 yaşlı idmançı Paris Olimpiya Oyunlarında iştirak etmək üçün barmağının müəyyən hissəsini kəsdirmək qərarına gəlib.
Həyat yoldaşı tərəfindən heç bir "tələskənlik" etməməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq, Dawson həmin gün günortadan sonra "şüurlu" bir qərar verdiyini söyləyib.
Qeyd edək ki, bu həftənin əvvəlində Kookaburras-ın baş məşqçisi Colin Batch, Dawsonun komanda ilə məşqlərə qayıtdığını söyləyib.
Günel Məlikzadə