HƏMAS lideri Dohada dəfn edildi - FOTOlar
    • Bu gün, 16:22
    • 74

HƏMAS lideri Dohada dəfn edildi - FOTOlar

HƏMAS Siyasi Bürosunun sədri İsmayıl Haniyə Qətərə son səfərinə yola salınıb.

News24.az xəbər verir ki, Tehrandan Qətərə gətirilən Haniyə üçün dünən axşam saatlarında İmam Məhəmməd bin Əbdülvəhhab məscidində cənazə namazı qılınıb.

Mərasimə ərəb və İslam dünyasının bir çox liderləri qatılıb.

Qeyd edək ki, Fəth və İslami Cihad kimi Fələstin qruplarının liderləri də Dohada idilər.

Dəfn mərasimi sıx təhlükəsizlik tədbirləri ilə müşayiət olunub. Təhlükəsizlik qüvvələri ərazidə nəzarəti davam etdirib.

Eyni zamanda, Mərasimdə HƏMAS Siyasi Bürosunun sədr müavini Xalid Məşəl və Dünya Müsəlman Alimlər Birliyinin sədri Əli Muhyiddin əl-Qaradaqi çıxış ediblər.

Haniyə daha sonra Dohadan 15 kilometr şimalda yerləşən Lüseyl şəhərində dəfn edilib.

Xatırladaq ki, Haniyə üçün ilk mərasim ötən gün öldürüldüyü Tehranda keçirilib. İranın dini lideri Əli Xamneyi HƏMAS liderinin cənazə namazını qılıb.

Günel Məlikzadə