Hakan Fidan Sisi ilə görüşüb
    • Bu gün, 16:19
    • 45

Hakan Fidan Sisi ilə görüşüb

Türkiyə Xarici işlər naziri Hakan Fidan Misir Prezidenti Əbdülfəttah əs-Sisi tərəfindən qəbul edilib.

News24.az xəbər verir ki, Fidan-Sisi görüşünün Misirin şimalındakı Əl Alameyn şəhərində baş tutduğu öyrənilib. 

Hələlik heç bir tərəf görüşlə bağlı açıqlama verməsə də, diplomatik mənbələrdən əldə edilən məlumatlar Fidanın gündəmində ikitərəfli münasibətlərlə yanaşı Qəzzada son vəziyyətin də olduğunu göstərir.

Qeyd eedək ki, Xarici işlər naziri Fidan Misirin yeni xarici işlər naziri Bədir Abdulatinin dəvəti ilə dünən Misirə gedib.

İki günlük rəsmi səfərin ilk günündə o, Əl Ariş Limanı, Rəfah Sərhəd Qapısı və Misir Qızıl Aypara Logistika Mərkəzinə baxış keçirib.

Xarici işlər naziri Şimali Sinay qubernatoru general-mayor Xalid Meqaver və Ərəb Liqasının baş katibi Əhməd Əbu Qayt ilə də görüşüb.

Günel Məlikzadə