Çörək qızartmaq istədilər, YANĞIN BAŞ VERDİ
    • Dünən, 20:53
    • 84

Çörək qızartmaq istədilər, YANĞIN BAŞ VERDİ

Rusiyada Mordoviyanın Krasnoarmeyski kəndində iki 8 yaşlı oğlan yaşadıqları fərdi evin həyətində odda çörək qızartmaq qərarına gəliblər.

News24.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, külək nəticəsində kömürlər aşıb, alov qaraja, tövləyə və evə keçib.

Xoşbəxtlikdən uşaqlardan və ya böyüklərdən heç kim xəsarət almayıb. 

106 kvadratmetrlik yanğın söndürülüb, lakin evdən demək olar ki, heç nə qalmayıb.

Xilasedicilər bir daha böyüklərə uşaqları odla oynamağın təhlükələri barədə xəbərdar etməyin vacibliyini xatırladırlar.

Məryəm İlhamqızı