![“Qarabağ” məğlub oldu](/uploads/posts/2024-08/6e050743-a486-4e60-94ca-0785790bcccc.webp)
-
- Dünən, 22:12
- 203
“Qarabağ” məğlub oldu
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirilən "Qarabağ" - "Ludoqorets" (Bolqarıstan) matçı başa çatıb.
"News24.az" xəbər verir ki, qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Bolqarıstan klubunun heyətində Diniş Almeyda (56) və Kayo Vidal (87) fərqlənib. "Qarabağ"dan Juniniyo 65-ci dəqiqədə rəqib qapısına yol tapıb.
89-cu dəqiqədə K.Vidal qırmızı vərəqə ilə meydandan qovulub.
Qeyd edək ki, komandalar arasında cavab görüşü avqustun 13-də keçiriləcək.