Robotlar Zeekr avtomobil istehsalında İNSANLARI ƏVƏZLƏDİ
    • Dünən, 21:50
    • 74

Robotlar Zeekr avtomobil istehsalında İNSANLARI ƏVƏZLƏDİ

Zeekr və Ubtech Technology şirkətləri avtomobil konveyer xəttində işləmək üçün insanabənzər robotlardan istifadə etmək səbəbi ilə müqavilə imzalayıblar. 

News24.az xəbər verir ki, bu barədə "cnevpost.com" məlumat paylaşıb.

Qeyd olunub ki, android robotları indiyədək yalnız ən sadə işlərdə istifadə olunsa da, Walker S Lite seriyası üç həftədir ki, konveyerdə işləyir.

Proporsional olaraq bir insana bənzəyirlər. Robotlar ətraf mühiti dərk edə, obyektlər və insanlarla qarşılıqlı əlaqə qura bilirlər.

Bildirilir ki, bu androidin üstünlükləri arasında 15 kq-lıq qutu ilə sabit hərəkət etmək imkanı da var.

Məryəm İlhamqızı