![Bakı Bulvarında DƏHŞƏT YAŞANDI - Ölən var](/uploads/posts/2024-08/a7e5f3c0-2575-3905-9b8e-2e5a35ab2584_850.webp)
-
- Bu gün, 17:07
- 11 911
Bakı Bulvarında DƏHŞƏT YAŞANDI - Ölən var
Dənizkənarı Bulvar ərazisindən bir nəfərin meyiti sudan çıxarılıb.
Bu barədə News24.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, FHN "112" qaynar telefon xəttinə Abşeron magistral su kanalının Bakı şəhəri, Səbail rayonu, Dənizkənarı Bulvar ərazisində 1 nəfərin meyitinin sudan çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub:
"Müraciətlə əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunublar.
Həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib".