Qayıqdan 14 skelet çıxdı
    • Bu gün, 17:35
    • 70

Qayıqdan 14 skelet çıxdı

Dominikan Respublikasında bir qayıqda qeyri-qanuni maddələrlə birlikdə 14 skelet tapılıb. 

News24.az xəbər verir ki, qayıq Dominikan Respublikasının şimalında, Mara Trinidad Snçez əyalətinin Ro San Juan sahilində susuz vəziyyətdə tapılıb.

Mülki Müdafiə, Dominikan Hərbi Dəniz Qüvvələri və yerli hakimiyyət orqanları qayıqdakı sənədlərdə qalıqların Seneqal və Mavritaniyadan olan insanlara aid olduğunu bildirib.

Dominikan Hərbi Dəniz Qüvvələrindən verilən açıqlamada mənşəyi məlum olmayan qayığın yerli balıqçı tərəfindən tapıldığı və səlahiyyətlilərə məlumat verildiyi bildirilib.

Onu da qeyd edək ki, qayıqda skeletlərlə yanaşı, Seneqal və Mavritaniya vətəndaşlarına məxsus mobil telefonlar, bel çantaları aşkar edilib.

Bundan əlavə, bel çantasında 12 paket kokain və ya heroinə bənzər maddə aşkar edilib.

Günel Məlikzadə