Konteyner gəmisində güclü partlayış baş verdi
    • Bu gün, 18:19
    • 66

Konteyner gəmisində güclü partlayış baş verdi

Yerli vaxtla saat 13.40 radələrində Çinin Ninbo-Çjouşan limanında Tayvan gəmiçiliyinə məxsus “YM Mobility” Liberiya bayraqlı konteyner gəmisində şiddətli partlayış baş verib.

News24.az xəbər verir ki, kameraya düşən anlarda gəmidəki yükün partlayışla birlikdə dağıldığı, alov və sıx tüstünün yüksəldiyi görülüb. Çin mediası partlayışın 1 kilometr məsafədən hiss oluna bilən şok dalğasına səbəb olduğunu bildirib.

Can itkisi və ya yaralanma xəbəri olmasa da, limanda lövbər salan gəminin "təhlükəli yük" daşıdığı öyrənilib.

Partlayışın səbəbi hələki məlum deyil.

Məryəm İlhamqızı