Xarkovda partlayışlar baş verdi
    • Bu gün, 18:10
    • 52

Xarkovda partlayışlar baş verdi

Xarkovda hava hücumu zamanı partlayışlar baş verib. 

News24.az xəbər verir ki, bu barədə vilayət hərbi idarəsinin rəisi Oleq Sinequbov özünün Telegram kanalında məlumat verib.

Sinequbov şəhərin vurulduğunu bildirib və vətəndaşları sığınacaqlarda qalmağa çağırıb.

Xarkov meri İqor Terekhov bildirib ki, partlayışlar böyük ehtimalla şəhərətrafı ərazilərdə baş verib. 

Hadisənin təfərrüatları dəqiqləşdirilir.

Məryəm İlhamqızı