ABŞ Yaxın Şərqə idarə olunan raket sualtı qayıqlar yerləşdirəcək
    • 12-08-2024, 10:12
    • 117

ABŞ Yaxın Şərqə idarə olunan raket sualtı qayıqlar yerləşdirəcək

ABŞ Müdafiə naziri Lloyd Ostin Yaxın Şərqə idarə olunan raket sualtı qayığının yerləşdirilməsi əmrini verib. Pentaqonun bildirdiyinə görə, region İran və onun müttəfiqlərinin HƏMAS və Hizbullahın yüksək rütbəli üzvlərinin öldürülməsindən sonra mümkün hücumlarına hazırlaşır.

News24.az xəbər verir ki, “USS Georgia” nüvə sualtı qayığı iyul ayında Aralıq dənizinə göndərilib.

Ostinin israilli həmkarı ilə görüşündən sonra açıqlama verən Pentaqon, Ostinin Abraham Linkoln zərbə qrupuna bölgəyə yerləşdirilməsini sürətləndirməyi əmr etdiyini bildirib.

“HƏRBİ GÜCÜ ARTIRILACAQ”

Pentaqondan verilən açıqlamada, "Katib Ostin ABŞ-ın İsraili müdafiə etmək üçün mümkün olan hər cür addımı atmaq əzmini təkrarladı və ABŞ-ın Yaxın Şərqdə hərbi güc mövqeyinin, imkanlarının artan regional gərginlik fonunda gücləndirildiyini qeyd etdi".

Qeyd edək ki, ABŞ ordusu İsrailin müdafiəsini gücləndirməyə çalışarkən Yaxın Şərqə əlavə döyüş təyyarələri və donanma döyüş gəmiləri yerləşdirəcəyini açıqlayıb.

Günel Məlikzadə