Milyarder itkin düşdü
    • 19-08-2024, 21:25
    • 263

Milyarder itkin düşdü


“Britaniyalı Bill Geyts” adlandırılan biznesmen Mayk Linç itkin düşüb.

News24.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə “The Daily Telegraph” yazıb.

Məlumata görə, İtaliyanın Siciliya adasının sahillərində yaxtanın qəzaya uğramasından sonra milyarder yoxa çıxıb.

KİV-lər göyərtəsində 22 nəfərin olduğu 56 metr uzunluğundakı yelkənli “Bayesian” gəmisinin bu səhər Palermo şəhəri yaxınlığında batdığını yazır. Bildirilir ki, sərnişinlər əsasən Böyük Britaniya, Yeni Zelandiya, Şri Lanka, İrlandiya vətəndaşları olublar.

Sahil mühafizəsi 15 sərnişini, o cümlədən 1 yaşlı uşağı xilas edə bilib. Milyarderin həyat yoldaşı Encela Bakares də xilas edilənlər arasındadır.

Sərnişinlərdən birinin meyiti aşkarlanıb.