Dəbdəbəli gəmi BATDI - ÖLƏN VƏ YARALANANLAR VAR
    • 20-08-2024, 11:37
    • 216

Dəbdəbəli gəmi BATDI - ÖLƏN VƏ YARALANANLAR VAR

İtaliyada son günlər ölkəyə təsir edən yağış və fırtınalı hava şəraitinin Palermodan 20 kilometr şərqdə yerləşən Porticello sahillərində "Bayesian" adlı gəminin batmasına səbəb olduğu bildirilib. 

News24.az xəbər verir ki, qayıqda olan 15 nəfər, o cümlədən 1 yaşlı körpə xilas edilib.

Sahil Mühafizəsi və Xilasetmə qruplarından ibarət axtarış-xilasetmə qrupları 1 nəfərin cansız cəsədini tapıb, 6 nəfərin isə itkin düşdüyü bildirilib.

Xilasetmə işlərinə bir neçə helikopterin də dəstək verdiyi qeyd edilib.

İngiltərə bayrağı altında üzən qayıqda olanların İngiltərə və ABŞ vətəndaşları olduğu öyrənilib.

Qeyd edək ki, İtaliya mətbuatında və İngiltərə mətbuatından gələn xəbərlərdə itkin düşənlər arasında informasiya texnologiyaları və kiber təhlükəsizlik sahəsindəki təşəbbüsləri ilə tanınan ingilis iş adamı 59 yaşlı Mayk Linçin də olduğu bildirilib. Linçin həyat yoldaşı Anjela Bakares isə xilas edilib.

Batan gəmidə itkin düşənlər arasında olan britaniyalı milyarder sahibkar Mayk Linç “İngiltərənin Bill Qeytsi” kimi tanınırdı.

Məryəm İlhamqızı