Borcunuz manatla, əmanətiniz dollarla olarsa... — MÜHÜM AÇIQLAMA
    • Bu gün, 16:58
    • 207

Borcunuz manatla, əmanətiniz dollarla olarsa... — MÜHÜM AÇIQLAMA

"Vətəndaşın bankda olan 100 min manatadək əmanəti sığortalıdır"

Bu barədə News24.az-a iqtisadçı-ekspert Əkrəm Həsənov danışıb.

İqtisadçı bankların daha çox kimlər üçün təhlükəli olduğunu da vurğulayıb:

"Əmanətin faiz dərəcəsi milli valyutada 12 faizi, xarici valyutada isə 2.5 faizi ötmürsə sığortalı hesab olunur. Əgər bank bağlanarsa, Əmanətlərin Sığortalanması Fondu 1 ay ərzində pulu vətəndaşa qaytaracaq. Bu vəziyyət daha çox biznes üçün, yəni şirkətlər üçün təhlükəlidir. Çünki bank bağlansa onların pulu batır".

Devalvasiya haqqında da danışan ekspert bu sözləri deyib:

"Devalvasiya xarici valyutada borcu olan şəxslər üçün təhlükəli olur. Bundan əlavə, borcunuz manatla, əmanətiniz dollarla olarsa, siz bu vəziyyətdə udmuş olursunuz"

Ekspert son olaraq xarici valyutada kreditin verilməsinin mehdudlaşdırıldığını da qeyd edib.

Məryəm İlhamqızı