Övladlarını böyütmək üçün süpürgəçilik edən qadını oğlu qətlə yetirdi: Hadisə yerindən GÖRÜNTÜLƏR
    • Bu gün, 08:19
    • 8 701

Övladlarını böyütmək üçün süpürgəçilik edən qadını oğlu qətlə yetirdi: Hadisə yerindən GÖRÜNTÜLƏR

Mingəçevirdə baş vermiş dəhşətli qətllə bağlı bəzi detallar məlum olub.

Qonşuların sözlərinə görə, səs-küy eşidərək qapını döyməyə başlayıblar:

"20 ilə yaxındır Natella Çıraqova ilə qonşuyuq heç bir problem olmayıb. Ana, qızı və oğlu yaşayırdı, yoldaşı Kəlbəcərlidir. 2 il olar ki, ayrı yaşayırlar, lakin boşanmayıblar. Əri sonuncu dəfə yeni ildə gəlib uşaqlara dəydi, səssiz-səmirsiz getdi.

Hətta Natella Çıraqova ailəsini saxlamaq üçün bəzi vaxtlarda palaz yuyur, süpürgəçilik də edirdi. Qızını da çətinliklə universitetdə oxudurdu. Bu il ikinci kursa başlayacaqdı.

Onlar sonuncu dəfə birlikdə mehriban ailə yeməyi yedilər daha sonra oğlu həyətə düşdü. Ardınca anasını öldürdü".

Ətraflı APA TV-nin süjetində: