Finlandiyadan ruslara yeni QADAĞA
    • Bu gün, 18:37
    • 68

Finlandiyadan ruslara yeni QADAĞA

Finlandiya Rusiya vətəndaşlarının respublikada daşınmaz əmlak alqı-satqısını qadağan edən qanun layihəsi hazırlayır. 

News24.az xəbər verir, bu barədə müdafiə naziri Antti Hakkanen bildirib.

“İstisna olaraq, daimi yaşayış icazəsi ilə Finlandiyada yaşayan Rusiya vətəndaşlarına daşınmaz əmlak almağa icazə veriləcək”, - nazir müsahibəsində deyib.

Hakkänen vurğulayıb ki, qanun layihəsi yaxın vaxtlarda Nazirlər Kabinetinə təqdim olunacaq.

Məryəm İlhamqızı