-
- 26-08-2024, 16:15
- 264
Əsəddən Türkiyə AÇIQLAMASI
Suriya parlamentində çıxış edən Bəşər Əsədin gündəmində Türkiyə ilə əlaqələr olub.
News24.az xəbər verir ki, Əsəd indiyə qədər aparılan danışıqlardan heç bir nəticə alınmadığını bildirib:
"Vasitəçilərin ciddi və səmimi səylərinə baxmayaraq, cəhdlər heç bir əhəmiyyətli nəticə vermədi", - deyib.
“Münasibətlərin bərpası ilk növbədə onun məhvinə səbəb olan səbəblərin aradan qaldırılmasını tələb edir”, - Suriya lideri qeyd edib.
Əsəd həmçinin türk əsgərlərinin Suriyadan çəkilməsini istədiyini, lakin bunun normallaşma danışıqları üçün şərt olmadığını bildirib.
Xatırladaq ki, Türkiyə 2011-ci ildə Suriya ilə əlaqələri kəsib.
Məryəm İlhamqızı