Bu ölkə əcnəbi işçiləri azaldır
    • Bu gün, 10:39
    • 194

Bu ölkə əcnəbi işçiləri azaldır

Kanadanın baş naziri Castin Trüdo ölkədə müvəqqəti əcnəbi işçilərin sayı ilə bağlı açıqlama verib.

News24.az xəbər verir ki, Kanadada "azmaaşlı müvəqqəti xarici işçilər"in sayını azaldacaqlarını ifadə edən Trudeau, "Əmək bazarı dəyişdi. İndi iş yerlərimizin Kanadalı işçilərə və gənclərə sərmayə qoyma zamanıdır", - deyib.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları Şurasının xüsusi məruzəçisi Tomoya Obokata Kanadadakı əcnəbi işçilərin vəziyyəti ilə tanış olmaq üçün səfərindən sonra hesabat hazırlayıb və bu hesabat iyulun 22-də BMT Baş Assambleyasının rəsmi saytında dərc edilib.

Hesabatda bildirilib ki, Kanadanın Müvəqqəti Xarici İşçi Proqramı “müasir quldarlıq üçün zəmin” rolunu oynayıb.

Kanadanın Məşğulluq, İşçi Qüvvəsinin İnkişafı və Rəsmi Dillər Nazirliyinin İdarəsi də avqustun 16-da ölkədə xarici işçi proqramı ilə bağlı açıqlama verib.

Bəyanatda BMT-nin hesabatına birbaşa istinad edilməsə də, ölkədə müvəqqəti əcnəbi işçilərin sağlamlığı və təhlükəsizliyinin böyük əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Açıqlamada Müvəqqəti Xarici İşçi Proqramı çərçivəsində 2 min 122 yoxlama aparıldığı, yoxlamalar nəticəsində tətbiq edilən cəzalarda əvvəlki ilə müqayisədə 36 faiz artım olduğu qeyd edilib.

Məryəm İlhamqızı