Kanadanın keçmiş baş naziri vəfat edib
    • 1-03-2024, 08:06
    • 337

Kanadanın keçmiş baş naziri vəfat edib


Kanadanın keçmiş baş naziri Brayan Malruni 85 yaşında vəfat edib.

News24.az APA-ya istinadla xəbər verir ki, bu barədə ölkənin baş naziri Castin Trüdo məlumat verib.

"Mən Kanadanın keçmiş baş naziri Brayan Malroninin vəfatını böyük kədər hissi ilə öyrəndim", - deyə o bildirib.

Trüdo qeyd edib ki, Malruni "Kanada dəyərlərinin təcəssümüdür" həm də xaricdə hörmət edilən bir insandır. Siyasətçinin ölüm səbəbi barədə məlumat verilmir.

Malruni Kanadanın 18-ci Baş naziri olub. O, 1984-cü ilin sentyabrından 1993-cü ilin iyununa qədər Kanada hökumətinə rəhbərlik edib.