Rusiyanın raket qəlpələri kiçik qızın BAŞINI KƏSDİ - FOTO
    • Bu gün, 11:00
    • 269

Rusiyanın raket qəlpələri kiçik qızın BAŞINI KƏSDİ - FOTO

Rusiyanın Ukraynaya qarşı artan hava hücumu ilk dərs günündə skamyada oturan 14 yaşlı qızın həyatına son qoyub. 

News24.az xəbər verir ki, Xarkovda parkda anası ilə oturan qızın başına qəlpə dəyib və balaca qız ölüb.

Həmin anların şahidi olan ana hadisə yerində qarşı skamyada hönkür-hönkür ağlayaraq əlləri ilə üzünü tutub. Ananın “Cəmi 14 yaşı var idi” fəryadları eşidilib.

Polis hadisə yerini mühasirəyə alaraq kiçik qızın cansız cəsədini aparıb. Həmin anların görüntüləri sürətlə sosial şəbəkələrdə yayılıb və böyük əks-səda doğurub.

Digər tərəfdən, Rusiya ordusu gecə boyu Ukraynanın müxtəlif bölgələrinə 35 raket və 23 pilotsuz uçuş aparatı (PUA) ilə hücumlar həyata keçirib. 

Ukrayna prezidenti Vladimir Zelenski X hesabında verdiyi açıqlamada Rusiya ordusunun ölkəsinə hava zərbələri endirdiyini açıqlayıb. Zelenski bütün dünyanı Rusiyanın hücumlarına qarşı durmağa dəvət edib.

Kiyevə edilən hücumlarda Krım Muxtar Respublikası Müsəlmanları Dini İdarəsinə aid məscid və İslam Mədəniyyəti Mərkəzinin də zərər gördüyünü bildirən Zelenski, Rusiya ordusunun Ukraynadakı ibadət yerlərini də hədəf aldığını müdafiə edib.

"Rusiyanın nə mənəvi, nə insani dəyərlərə, nə dinə, nə də inanca hörməti var. Onlar Ukrayna xalqına qarşı məhvetmə kampaniyasını davam etdirir, bütün icmalarımızı və hətta müqəddəs ibadət yerlərimizi məhv etməyə çalışırlar", - Zelenski deyib.

Məryəm İlhamqızı